Rusiyanın paytaxtı Moskva şəhərinə növbəti dron hücumu olub.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, PUA-nın məhv edilməsi anı videoya düşüb.
Belə ki, müşahidə kameraları Moskvanın Karamışevskaya sahili ərazisində dronun məhv edilmə anını qeydə alıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 11-də ölkənin elektron müharibə vasitələri Kiyevin Moskvadakı obyektə dronla hücum etmək cəhdinin qarşısını alıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, Moskvadakı Vnukovo hava limanı təyyarələrin uçuş və enişi üçün müvəqqəti bağlanıb.
İqbal Rzayev,
KONKRET.az