Qara Qarayevə həsr olunan açıq internet müsabiqəsi 18 fevralda Moskvada keçiriləcək. Müsabiqə görkəmli Azərbaycan bəstəkarının doğum gününə həsr edilib.
KONKRET.az xəbər verir ki, bu barədə müsabiqənin təşkilatçısı olan Qara Qarayev adına Moskva uşaq musiqi məktəbinin veb saytında məlumat yer alıb.
Müsabiqədə iştirak etmək üçün musiqi məktəblərinin, sənət məktəblərinin, əlavə uşaq təhsili mərkəzlərinin tələbələri, eləcə də orta musiqi təhsil müəssisələrinin tələbələri dəvət olunur. Burada aşağıdakı nominasiyalardakı ifaçılar iştirak edə bilər: fortepiano; simli alətlər; nəfəs alətləri; xalq alətləri və gitara; akademik vokal; xor; səkkiz nəfərədək kamera ansamblları; elektron alətlər.
İştirakçılar iyirminci əsrin rus və xarici klassiklərinin əsərlərini, habelə akademik istiqamətdəki sovet bəstəkarlarının əsərlərini seçə bilərlər. Qara Qarayevin əsərlərinin də ifası məqbuldur.
KONKRET.az