Moskvadan Gəncəyə uçuşların sayı artırıldıbackend

Moskvadan Gəncəyə uçuşların sayı artırıldı

Bu gündən Rusiyanın “Utair” aviaşirkəti Moskvadan (“Vnukovo” beynəlxalq hava limanından) Gəncəyə uçuşları gündəlik edib.

KONKRET.az xəbər verir ki, bunu “Utair”in prezidenti Oleq Semyonov bildirib.

Onun sözlərinə görə, aviaşirkət beynəlxalq uçuş proqramını genişləndirməyə davam edir: “Bu mövsüm Surqut və Tümendən Bakıya uçuşların sayı artıq artırılıb. Bu gündən isə Moskvadan Azərbaycanın 2-ci ən çox məskunlaşmış şəhəri olan Gəncəyə gündəlik reyslər həyata keçirməyə başlayırıq”.

Hazırda “Utair” Qroznı-Bakı, Moskva-Bakı, Samara-Bakı, Sankt-Peterburq-Bakı, Surqut-Bakı, Tümen-Bakı, Ufa-Bakı, Moskva-Gəncə, Moksva-Naxçıvan istiqamətində də reyslər yerinə yetirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*