Moskvadan Lənkərana birbaşa uçacaqbackend

Moskvadan Lənkərana birbaşa uçacaq

“Utair” aviaşirkəti aprelin 5-dən etibarən Moskvadan Lənkərana və əks istiqamətdə uçuşlar açacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Utair”in rəsmi saytında məlumat verilib.

“Biz Xəzər dənizinə – Lənkərana reyslər açırıq! Aprelin 5-dən biz həftədə bir dəfə – şənbə günləri Moskvadan Lənkərana reyslər yerinə yetirməyə başlayacağıq”, – məlumatda deyilir.

Qeyd olunduğu kimi, Moskvadan uçuş saat 15:45-də, Lənkərandan isə saat 21:25-də olacaq. Səyahət vaxtı üç saat 40 dəqiqə çəkəcək.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*