MOSSAD-ın keçmiş şefindən Türkiyəyə: “Dost olaq, düşmən yox”backend

MOSSAD-ın keçmiş şefindən Türkiyəyə: “Dost olaq, düşmən yox”

İsrail-Türkiyə münasibətlərinin yenidən normallaşması hər iki ölkənin xeyrinədir”.

KONKRET.az xəbər verir ki, bunu İsrail kəşfiyyatının (MOSSAD) keçmiş rəhbəri Danni Yatom deyib.

“İsrail və Türkiyə arasındakı əlaqələrin yenidən canlandırılması və keçmiş günlərə dönüş, hər iki ölkənin xeyrinədir. İki ölkə bir-birinə düşmən kimi yox, dost olaraq baxmalıdır. Ümid edirəm ki, zaman bizə İsrail və Türkiyə arasındakı münasibətlərin daha sıx və daha yaxın olduğunu göstərəcək”, – Yatom bildirib.

MOSSAD-ın keçmiş rəhbəri Ankara və Təl-Əviv arasında kəşfiyyat sahəsindəki əməkdaşlığın davam edib-etməməsinə dair məsələyə də toxunub:

“Məlumatlandırılmadığım üçün bu sualın cavabını bilmirəm. Sadəcə, Suriya məsələsi ilə bağlı informasiya mübadiləsinin olduğunu deyə bilərəm. Münasibətlərin əvvəlki nöqtəyə gələcəyinə inanıram”.

Yatom İsrailin kürd terror təşkilatlarına dəstək verməsi ilə bağlı iddiaya da cavab verib. O, bunun həqiqəti əks etdirmədiyini bildirib: “Heç bir şəkildə! Çünki biz başqa ölkələrin daxili işlərinə qarışmırıq. Fərqli qüvvələr arasında üçüncü bir ölkədə baş verənlərə müdaxilə etmirik. Şəxsən YPG və İsrail arasında rəsmi münasibət və yardımlaşmanın olduğuna dair məlumatım yoxdur”. teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*