Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu 2020-ci ildə ölkəsinin xarici siyasəti barədə jurnalistlərə açıqlama verib.
KONKRET.az xəbər verir ki, o, Qarabağ məsələsinə də toxunaraq, 2020-ci ilin ən önəmli məsələlərindən birinin Dağlıq Qarabağ olduğunu bildirib.
Nazir qeyd edib ki, bundan sonra da Türkiyənin Azərbaycana dəstəyi davam edəcək.
Onun sözlərinə görə, Ermənistanın atəşkəsə riayət edib, Azərbaycan və digər qonşularının ərazi bütövlüyünə hörmət edərsə, əlaqələr normallaşa bilər. Nazir bildirib ki, bu normallaşmadan daha çox Ermənistan və onun xalqı yararlanacaq.
Türk hərbçilərinin Azərbaycanda olduğunu xatırladan XİN başçısı Soçiyə səfəri zamanı rusiyalı həmkarı Sergey Lavrovla Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini müzakirə etdiklərini vurğulayıb.
Çavuşoğlu qeyd edib ki, Naxçıvan dəhlizinin açılması, köçkünlərin geri dönməsi və digər məsələlər nəzarətdədir və Dağlıq Qarabağla bağlı Rusiya ilə sıx təmasda olacaqlar.