Mövlud Çavuşoğluna yeni vəzifə verildibackend

Mövlud Çavuşoğluna yeni vəzifə verildi

Türkiyə Böyük Millət Məclisinin deputatı, ölkənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğluna yeni vəzifə verilib.

KONKRET.az-ın xəbərinə görə, o, ölkənin NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri təyin olunub.

Xatırladaq ki, M.Çavuşoğlu 1968-ci ildə Antalyada anadan olub. O, 2014-2023-cü illərdə Türkiyənin xarici işlər naziri vəzifəsini tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*