MSK-ya yeni sədr seçildi – YENİLƏNİB -2backend

MSK-ya yeni sədr seçildi - YENİLƏNİB-2

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.

KONKRET.az xəbər verir ki, Məzahir Pənahov səsvermə ilə yenidən MSK sədri seçilib. Rövzət Qasımov yenidən MSK sədrinin müavini seçilib.

***

16:08
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilir.

KONKRET.az xəbər verir ki, iclasda təşkilati məsələlərə baxılır.

Toplantı zamanı həmçinin MSK üzvləri komissiyanın sədrini və katibini seçəcəklər.Sədr vəzifəsinə Məzahir Pənahovun, katib vəzifəsinə isə Arifə Muxtarova və Mikayıl Rəhimovun namizədliyinin irəli sürülüb.

***

10:46
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçiriləcək.

KONKRET.az xəbər verir ki, iclasda təşkilati məsələlərə baxılacaq.

Həmçinin MSK üzvləri komissiyanın sədrini seçəcəklər.

Məlumata görə, sədr vəzifəsinə Məzahir Pənahovun namizədliyinin irəli sürüləcəyi gözlənilir.

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.Yeni tərkib Milli Məclisin bu keçirilən plenar iclasında təsdiqlənəcək./report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*