Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki, bir müddət əvvəl pensiyaya çıxan İlham Qasımzadə vəfat edib.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Milli Karate Federasiyasının vitse-prezidenti, Beynəlxalq Bankın nümayəndəsi, həmçinin “Qafqaz İt Cinsləri” İctimai Birliyinin sədri olan ilham Qasımzadə xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, mətbautda İ.Qasımzadənin sabiq nazir Eldar Mahmudov və digər MTN generalları ilə yaxın münasibətlərinin olması, onlara xaricdən cins itlər gətirməsi, eləcə də digər səpkilərdə şikayət məzmunlu məlumatlar yayılıb.

Bu sübutsuz məkumatın əvəzinə yazardız əsl həqiqətləri.
İlham qasımzadə 1ci Qarabağ Veteranıdır, bir müddət MTNdə çalışıb və sonralar o qurumdan ayrılıb. Uzun müddət Qafqaz Cins İtləri İctimai Birliyinin sədri kimi Azərbaycan it cinslərinin seleksiyası və dünyaya tanınması üçün əlindən gələni edib. Sonradan, yeni yaranmış DTX-də əvvəl Yasamal sonra isə Nəsimi rayonları üzrə rəis vəzifəsində çalışdıqdan sonra təqaüdə çıxır. Son 14 ay mübarizə apardığı onkoloji xəstəlik səbəbindən 29 Dekabr, səhər 2 radələrində dünyasını dəyişib