MTRŞ dövlətin ayırdığı vəsaitdən büdcəyə pul qaytardıbackend

MTRŞ dövlətin ayırdığı vəsaitdən büdcəyə pul qaytardı

Milli Televiziya və Radio Şurasına (MTRŞ) hesabat ilində illik plana əsasən Dövlət büdcəsindən 1 364 581,00 (Bir milyon üç yüz altmış dörd min beş yüz səksən bir) manat vəsait ayrılması nəzərdə tutulub, lakin dürüstləşmiş büdcə kimi Dövlət büdcəsindən 1 326 663,00 (bİr milyon üç yüz iyirmi altı min altı yüz altmış üç) manat vəsait ayrılıb.

KONKRET.az xəbər verir ki, bu barədə MTRŞ-ın 2020-ci il üzrə maliyyə hesabatında bildirilib.

İl ərzində büdcədən maliyyələşdirilmiş vəsaitin isə 1 226 205,48 (bir milyon iki yüz iyirmi altı min iki yüz beş manat qırx səkkiz qəpik) manatı təyinatı üzrə istifadə olunub.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli sərəncamına əsasən, Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarına “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına 3 000 000 (üç milyon) manat vəsait ayrılıb və altı özəl telekanalın hesabına köçürülüb.

Dövlət büdcəsindən maliyyələşmiş vəsaitdən 39 327,52 (otuz doqquz min üç yüz iyirmi yeddi manat əlli iki qəpik) vəsait büdcəyə qaytarılıb.

Maliyyə şöbəsi tərəfindən Dövlət büdcəsindən ayrılmış vəsaitə uyğun ştat cədvəli tərtib edilərək, Maliyyə Nazirliyinə təqdim olunub. Müvafiq olaraq hər ayın əvvəlində tələbata və verilmiş limitə uyğun xərc maddələri üzrə Maliyyə Nazirliyinə sifariş, xəzinələrarası köçürmə sərəncamı və məxaric cədvəlləri təqdim olunub və nazirliklə razılaşdırıldıqdan sonra açılmış kreditdən istifadə olunub.

2020-ci ilin yanvar ayından etibarən 8 saylı Xəzinədarlıq Agentyilinə növbəti ayın maliyyələşməsi açıldıqdan sonra malların (iş və xidmətlərin) alışı, kassa xərclərinin sifarişi və ödəniş tapşırıqları lazımi xərc və tələbata uyğun xəzinədarlığa təqdim olunub. Hər ay təsdiq olunmuş ştat cədvəlinə, iş vaxtının uçot tabelinə və əməkhaqqı cədvəlinə uyğun işçilərə əməkhaqqı və mükafatlar vaxtında ödənilib. Əməkhaqqından tutulmuş üzvlükhaqqı Həmkarlar İttifaqları Konfederasiyasına, həmçinin digər məcburi ödənişlər (Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən sığorta haqqı və vergilər) də vaxtında ödənilib. Xərc maddələri üzrə; rabitə xərcləri, işıqdan, sudan istifadəyə görə ödəniş, poçt, bank xidmətləri vaxtında həyata keçirilib. Hesabat ilində limitə uyğun lazımi texniki və istehsal vəsaitləri və avadanlıqlar alınıb.

Rüblük və illik hesabatlar, həmçinin, Milli Mühasibat Uçotu Standartlarına uyğun formalarla da Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunub.

MTRŞ 02 noyabr 2020-ci il tarixli 009 saylı Sərəncamına əsasən, 28.12.2020 tarixinə mal-material qiymətlilərinin inventarizasiyası aparılıb, köhnəlmiş, istifadəyə yararsız inventarlar, mal-materiallar dəyərlilərinin silinməsi aktı tərtib olunub.

Maliyyə şöbəsi tərəfindən hər ay yerli statistika orqanına, Məşğulluq İdarəsinə, hər rübün axırında Hesablama Palatasına, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə, Maliyyə Nazirliyinə, illik hesabatlar isə Əmlak Komitəsinə vaxtında təqdim olunub.

Ştatdankənar işçilərin (ekspert qrupu) fəaliyyət göstərməsi üçün maliyyələşmə açılıb və təyinatı üzrə istifadə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*