MTRŞ telekanallara pul ayırdı – MƏBLƏĞbackend

MTRŞ telekanallara pul ayırdı - MƏBLƏĞ

Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

KONKRET.az xəbər verir ki, iclasda mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında Prezidentin 22 iyul 2020-ci il tarixli Sərəncamının 2-ci bəndinə uyğun olaraq özəl ümumölkə teleradio yayımçılarına maliyyə yardımının ayrılması müzakirə olunub.

Müzakirələrdən sonra 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan MTRŞ-yə ayrılmış 3 milyon manat vəsaitin 6 özəl ümumrespublika teleradio yayımçılarının arasında bərabər bölünməsi qərara alınıb:

1. “Lider TV və Radio Azərbaycan” MMC – 500.000 manat

2. “Xəzər TV” MMC – 500.000 manat

3. “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası – 500.000 manat

4. “ARB 24” MMC – 500.000 manat

5. “Space Müstəqil Teleradio Şirkəti” MMC – 500.000 manat

6. “Real Təhlil İnformasiya Mərkəzi” MMC – 500.000 manat

Lakin “Lider TV və Radio Azərbaycan” MMC-nin müflis elan olunması barədə məhkəmə prosesi davam etdiyi üçün “Lider TV və Radio Azərbaycan” MMC-yə ayrılmış 500.000 manat vəsaitin 400.000 manatının birbaşa MTRŞ tərəfindən “Azərkosmos” ASC və “Radio-televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyi”nə ödənilməsi, 100.000 (yüz min) manatının isə “Lider TV və Radio Azərbaycan” MMC-nin texniki imkanlarının artırılması məqsədi ilə onun öz xəzinə hesabına köçürülməsi məqsədəuyğun sayılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*