Mübahisə edib, qadının evinə qumbara atdıbackend

Mübahisə edib, qadının evinə qumbara atdı

Dekabrın 12-də Quba şəhər sakini olan bir qadının evinə qumbara atılması və həmin şəxsin “Toyota” markalı avtomobillə oradan uzaqlaşması barədə polisə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, Quba rayon sakini  N.Məmmədova  DİN-in “102” Xidməti Zəng Mərkəzinə məlumat verərək bildirib ki, tanışı Orxan adlı şəxs onun yaşadığı ünvana gəlib və aralarında yaranmış mübahisə zamanı  təlim üçün nəzərdə tutulmuş partlayıcı xüsusiyyətləri olmayan qumbaranı qorxutmaq məqsədi ilə onun evinə ataraq həmin yerdən uzaqlaşıb.

Heç bir partlayış hadisəsi baş verməyib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayon sakini  Orxan Ağalı  saxlanılıb.

Hazırda faktla bağlı Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*