“Bu gün Venesuelanın başına gələnlər istənilən dövlətin və ya hökumətin başına gələ bilər,” – deyə Venesuelanın Müdafiə naziri Vladimir Padrino bildirib.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, o, Venesuela xalqını iş, ticarət və təhsil sahələrində “normal fəaliyyətlərini bərpa etməyə” çağırır.
Bu müraciət Padrinonun daha əvvəl verdiyi bəyanatın ardınca gəlib. Xatırladaq ki, nazir həmin bəyanatda Maduronun ələ keçirilməsi zamanı onun mühafizə dəstəsinin “böyük bir hissəsinin”, eləcə də “günahsız mülki şəxslərin” öldürüldüyünü demişdi.
O, həmçinin ordunun vitse-prezident Delsi Rodriqesi ölkənin müvəqqəti rəhbəri kimi dəstəklədiyini bəyan edib.
Ordunun Delsi Rodriqesin tərəfində olması, ölkədə idarəçiliyin hələlik mövcud hökumət strukturlarında qaldığını göstərir.
