Müdafiə Nazirliyi itkin hərbçilərin ailələri ilə görüşdü – FOTObackend

Müdafiə Nazirliyi itkin hərbçilərin ailələri ilə görüşdü - FOTO

Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanları tərəfindən Vətən müharibəsində şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinə sosial və psixoloji dəstək fəaliyyəti həyata keçirilir.

KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabit və dövlət qulluqçuları, eləcə də yerli icra hakimiyyəti orqanlarının nümayəndələri Vətən müharibəsində şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ilə görüşərək onların sosial problemləri və məişət qayğıları ilə maraqlanıb, bu problemlərin həlli istiqamətində birgə işlər görüblər.

Görüş zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ilə söhbətlər aparılıb və psixoloji işin tələblərinə uyğun olaraq real vəziyyətlə bağlı tövsiyələr verilib.

Psixoloji bərpa və reabilitasiyaya ehtiyacı olan ailə üzvlərinin siyahısı tərtib edilərək ixtisaslaşmış psixoloji müayinə üçün mütəxəssislərə təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*