Müdafiə Nazirliyi “vaqner“çilərlə danışıqlara gedirbackend

Müdafiə Nazirliyi “vaqner“çilərlə danışıqlara gedir

Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Vladimir Alekseyev Rostov-Don şəhərində “Vaqner” Xüsusi Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojinlə görüşüb.

KONKRET.az xəbər verir ki, məlumatı iyunun 24-də “Razqruzka Vaqner” telegram kanalı yayıb.

Danışıqlar zamanı Y.Priqojin bildirib ki, müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov onlara təhvil verilməyənədək “vaqner”çilər Rostovu blokadada saxlayacaq və Moskvaya doğru hərəkət edəcəklər.

Rusiyanın Cənub Hərbi Dairəsi görüşlə bağlı video yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*