Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı araşdırılır – MƏHKƏMƏbackend

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı araşdırılır - MƏHKƏMƏ

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırması davam edir.

KONKRET.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda nazirliyin mənzil-istismar idarəsinin sabiq rəisi Mahir Şirvanovun cinayət işi üzrə 1 nəfər şahid ifadə verib.

Şahid Rüstəm Səlimov ərzaq satışı ilə məşğul olan şirkət rəhbəridir. O, Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb, müqavilə əsasında ərzaq məhsulları tədarük edib: “Müdafiə Nazirliyi ilə iş görməyə qohumum Avtandil Abdiyevin vasitəsilə başlamışam. Onun da şirkətləri var. Mənlə paralel, o da mal tədarük edirdi. Bütün müqavilələrdə iştirakçı mən olmuşam. Mallar da əsasən “qreçka”, düyü, sirkə və sairdən ibarət idi. Nazirlik bizə miqdar deyirdi, ona uyğun qiymət müəyyən edirdik”.

Prokuror şahiddən müqaviləni harada və necə bağlanmasını soruşub.

Şahidin bu suala cavabı məhkəmə heyətini təəccübləndirib: “Nazirlik müqaviləni hazırlayıb verirdi binanın nəzarətçisinə, mən də gedib götürürdüm. Bir tərəf mən idim, digər tərəfi tanımırdım”.

Prokuror deyib ki, Avtandil Abdiyevin və hazırkı şahidin şirkətləri ilə Müdafiə Nazirliyi arasında olan mal dövriyyəsi zamanı 4 milyon manat pul mənimsənilib: “Əvvəlki ifadənizdə demisiz ki, sizin şirkət Avtandil Abdiyevin şirkətinə bağlıdır. Birgə fəaliyyət zamanı da sözügedən nazirliyə satılan malların qiyməti şişirdilib. Bununla bağlı nə deyə bilərsiz?”

Şahid qiymətlərin şişirdilməsi ilə bağlı suala iki kəlmə ilə cavab verərək ifadəsini yekunlaşdırıb: “Məlumatım yoxdur”.

Proses dekabrın 27-i davam etdiriləcək.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə dövlətə dəymiş 143 milyon manat ziyanın 40 milyon manatı ödətdirilib. (Qafqazinfo)

  • Akula
    Oktyabr 21, 2023 - 00:42

    Bizim yemek pullarini 62azn bir ayliq hesablasan bir gune 2azn dusur 2 manata bir gune dolana bilersen?yox bes niye noldu hani o artimla olan pullar hara kim yedi esgerin pulunu yemeyini kesen hec vaxti xeyr tapmayib qusacaqlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*