Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ: Vakansiya seçimi başlayırbackend

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ: Vakansiya seçimi başlayır

Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində iştirak edən namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilir.

Təhsil Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, qeyd olunan fənlər üzrə namizədlər 3 avqust saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər. Vakansiya seçimi prosesi 6 avqust saat 10:59-dək davam edəcək.

Qeyd edək ki, cari ildən etibarən ilk dəfə olaraq müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə “Rəqəmsal bacarıqlar” layihəsi üzrə də vakansiya seçmək imkanı veriləcək. Onlar şəxsi səhifələrinə daxil olaraq layihə üzrə çıxarılan vakansiyaları seçə biləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*