189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyevanın müəllimlərdən pul yığılması ilə bağlı səs yazısının yayılması böyük ajiotaja səbəb oldu. Bu məsələ sosial şəbəkələrdə bir neçə gün müzakirə olunandan sonra araşdırma başladı.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məsələnin nəzarətə götürüldüyünü, müvafiq tədbirlər görüləcəyini bildirsə də, hələki “araşdırma”nın nəticəsindən səs-soraq yoxdur.
Ortada kifayət qədər ciddi sübutun omasına rəğmən məktəb direktorunun postunu qoruya bilməsinə səbəb nədir?
KONKRET.az xəbər verir ki, Təhsil Nazirliyindəki mənbə yenisabah.az-a Ceyran Quliyevanın hansı səbəbdən cəzalandırılmamasının səbəbini açıqlayıb. Mənbə xanım Quliyevanın bu vəzifəyə sabiq Təhsil naziri Misir Mərdanov tərəfindən təyin olunduğunu bildirib. Onun sözlərinə görə, Ceyran Quliyevanın fəaliyyətilə bağlı həmişə şikayətlər olsa da, BŞTİ-nin heç bir rəisi onu işdən çıxarmağa cəsarət etməyib.
“Ceyran Quliyeva Baş nazirin sabiq müavini Abid Şərifovun bacısı qızıdır. O, uzun illərdir ki, dayısının sayəsində vəzifədə qala bilib. Hazırda Abid Şərifov təqaüddə olsa da, əvvəlki nüfuzunu qoruya bildiyinə görə, yaxın ətrafı da ondan faydalanır”.
Təxminən 2005-ci ildən sonra R. Mehdiyevin patronajlıgi ilə ölkənin kadr siyasətində yazılmamış bir ” qanunun” tətbiqinə başlandı. Vertikal olaraq idarəetmədə ən kiçik idarə, müəssisə, təşkilat və s. rəhbərləri mütləq şəkildə iri çaplı məmurların yaxınları olmalı idi. Həmin dövrdə ” qohum olmayanlar qısa zaman kəsiyində vəzifələrindən çıxarıldı. Bu işi həyata keçirənlər əsasən elə həmin nazir və iri məmurlar oldu. Beləliklə yeni kadrların həm “qiyməti” yüksəldi və həmçinin onlardan alınan rüşvətlər də nisbətən qapalı və az ” məsafə ” qət edərək bir ələ- patrona çatması təmin edildi. Bunu guya onların seçkilərə daha fəal kömək edəcəkləri ilə əsaslandırıb əsas qərar sahibini inandırmışdılar.Nəticə isə belə oldu: Yeni rəhbərlər ” arxalı” oldugu üçün heç nədən qorxmadan, çəkinmədən görünməmiş həyasızlıqla rüşvət və korrupsiyanın çiçəkləndirdilər. İcra və idarəetmədə ogru və cinayətkarlardan ibarət “kadr korpusu” formalaşdı və hakimiyyətin və ölkənin nüfuzu ciddi zərbə aldı Tək- tük əsasən siyasi əndazəni həddindən artıq aşanlar istisna olmaqla bu günə qədər hələ də hakimiyyətin müəyyən təşəbbüsləri olsa da onlardan qurtulmaq olmur, onlar yer gələndə hakimiyyətə təzyiq də edə bilirlər. Paradoks ondadır ki, bunları yerləşdirmək 1-2 il çəkdi amma onlardan illərdir qurtula bilmirlər və bu minvalla yəqin ki heç qurtula da bilməyəcəklər. Baxın Abid iqtidarda olmasa da qohumunun faktiki cinayəti ortada olsa da qanun tapdalanaraq ona heç nə edilmir və heç bu barədə düşünülmüş də…. Çünki əvvəllər korrupsiya və rüşvətə qarşı mübarizə aparanlar onun başında dururdu. İndi isə korrupsiyaya qarşı mübarizə aparmaga yeni təyin olunanlar və elə yeni nazirlər və digər rəhbərlər
onun “ayyagındadırlar” deyə gücləri çatmır, savadları var amma maymaqdırlar, təcrübəsizdirlər, əhatə dairələri dost, məktəb və tələbə yoldaşları səviyyəsindən izaha gedə bilmir….. Bunlar fos major vəziyyətində siyasi fiqur kimi heç kimdirlər və hakimiyyəti biabır edəcəklər…..