Müəllimlərin DİQQƏTİNƏ!: Peyvəndə əks göstərişlə bağlı vahid konsepsiya təhsil şöbələrinə verilib – RƏSMİbackend

Müəllimlərin DİQQƏTİNƏ!: Peyvəndə əks göstərişlə bağlı vahid konsepsiya təhsil şöbələrinə verilib - RƏSMİ

“Vaksinasiya prosesi başlayandan sonra kifayət qədər təhsil işçisi əks göstərişlər təqdim edib. Hansısa allergik reaksiyası olanlar və şəkərli diabeti olanlar poliklinikalardan sertifikatlar gətiriblər”.

KONKRET.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin peyvəndə əks göstərişlə bağlı vahid konsepsiyası artıq təhsil şöbələrinə paylanılıb:

“Bu sənədə uyğun vaksin olunmayan 35 min təhsil işçimiz vahid əks-göstəriş sertifikatı təqdim etməlidir. Bu sənədi təqdim etməyənlər heç olmazsa sentyabrın 15-ə qədər I dozanı vurdursunlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*