Müəllimlərin işə qəbul imtahanları nə vaxt keçiriləcək? – Dəqiq TARİX AÇIQLANDIbackend

Müəllimlərin işə qəbul imtahanları nə vaxt keçiriləcək? - Dəqiq TARİX AÇIQLANDI

“Bu il iyul ayında müəllimlərin işə qəbul imtahanları keçiriləcək”.

KONKRET.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bu gün keçirilən onlayn brifinqdə məlumat verib.

O qeyd edib ki, imtahanların vaxtında hər hansı dəyişiklik nəzərdə tutulmur:

“MİQ imtahanları iyul ayında başlayacaq, avqusta qədər davam edəcək. Bu il də işə qəbul zamanı təxminən eyni sayda vakant yerlər elan ediləcək. Bu məsələdə artım dinamikasının davam edəcəyini düşünürük. Ötən il müəllimlərin işə qəbulu müsabiqəsi üçün 8 minə yaxın vakansiya elan etmişdik. Amma daha sonra tədris ili ərzində əlavə 5 minə yaxın yer elan edildi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*