Müəllimlərin işə qəbulu üzrə imtahanların vaxtı və yeri dəyişdirildibackend

Müəllimlərin işə qəbulu üzrə imtahanların vaxtı və yeri dəyişdirildi

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə test imtahanlarında iştirak edəcək namizədlərə müraciət edib.

Nazirlikdən KONKRET.az-a verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqədə faktiki yaşayış yerini Mingəçevir, Naftalan, Yevlax şəhəri, Goranboy və Ağdaş rayonu qeyd etmiş namizədlər üçün test imtahanı mərhələsinin Mingəçevir şəhər Texniki Humanitar Liseyində keçirilməsi nəzərdə tutulmuşdu.

İyulun 2-də Mingəçevir şəhər Telekommunikasiya qovşağında baş vermiş qəza ilə əlaqədar olaraq 5-9 iyul tarixlərində Mingəçevir şəhər Texniki Humanitar Liseyində keçiriləcək imtahana dəvət edilmiş namizədlərin imtahan məkanı və saatlarında dəyişiklik edilib.

Namizədlərin imtahan verəcəyi yeni məkan və saatla bağlı müvafiq məlumatlar onların şəxsi səhifələrinə göndərilib.

Namizədlərdən şəxsi səhifələrinə daxil olaraq yenilənmiş məlumatlarla tanış olmaları xahiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*