Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanıldıbackend

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanıldı

Bu gündən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.

Bu abrədə KONKRET.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə keçiriləcək müsahibələrə 5298 nəfər dəvət edilib. İlk gün biologiya (Azərbaycan və rus bölməsi), informatika, Azərbaycan dili və ədəbiyyat, musiqi fənləri üzrə müsahibələr təşkil olunacaq.

25 avqust tarixinədək davam edəcək müsahibələr zamanı müvafiq komissiya tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq yoxlanılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*