Sosial şəbəkələrdə müəllimlərin maaşından məcburi ödənişin tutulması ilə bağlı yayılan iddialara aydınlıq gətirilib.
Məlum olub ki, yayılan ərizə forması Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən məktəblərə göndərilib.
AGMA-dan KONKRET.az-a bildirilib ki, kampaniya könüllülük prinsipi əsasında həyata keçirilir:
“AGMA qardaş Türkiyədə baş vermiş fəlakətlə bağlı müəllimlərin çoxsaylı istəklərini nəzərə alaraq yardım məqsədilə ianə kampaniyası başladıb. Kampaniya çərçivəsində könüllü olaraq toplanan vəsait elm və təhsil icması adından aidiyyəti üzrə Türkiyəyə göndəriləcək.
Bir daha nəzərinizə çatdırırıq ki, kampaniyaya qoşulmaq könüllüdür. Və əgər bu istiqamətdə məcburi xarakter daşıyan hallar baş verərsə, +994512067971 nömrəli “Qaynar xətt” xidmətinə müraciət etməyiniz xahiş olunur”.
Sevinc Paşayeva,
KONKRET.az