Müəllimlərin NƏZƏRİNƏ: bu tarixdən vakansiya seçiminə start veriləcəkbackend

Müəllimlərin NƏZƏRİNƏ: bu tarixdən vakansiya seçiminə start veriləcək

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə 28 aprel saat 11:00-da start veriləcək.

Bu barədə KONKRET.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib.

Vurğulanıb ki, qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş namizədlər iştirak edə bilərlər. Vakansiya seçimi üçün elektron sistem 2 may saat 11:00-dək aktiv olacaq və namizədlər həmin tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*