Müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibələrinin keçiriləcəyi tarixlər AÇIQLANDIbackend

Müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibələrinin keçiriləcəyi tarixlər AÇIQLANDI

Müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibələrinin keçiriləcəyi tarixlər açıqlanıb.

Bu barədə KONKRET.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix barədə məlumatlar yaxın günlərdə müəllimlərin şəxsi kabinetinə göndəriləcək. Müsahibələr 12-13-14-16-17-19 sentyabr tarixlərində, onlayn formatda təşkil olunacaq. Müsahibə linki təhsilverənlərin şəxsi kabinetlərinə göndəriləcək.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular miq.edu.az saytında və portal.edu.az platformasında mövcuddur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*