Müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələri açıqlandıbackend

Müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələri AÇIQLANDI

2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron yerləşdirmə mərhələsinin nəticələri elan olunub.

Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən KONKRET.az-a verilən məlumata görə, 5 may tarixindən etibarən start verilən müsabiqənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Elektron yerləşdirmə zamanı 1841 müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur qazanan namizədlər şəxsi səhifələrinə müvafiq sənədləri yüklədikdən sonra sənədlərin yoxlanılması prosesi həyata keçiriləcək. Müsabiqə iştirakçılarına sənədləri şəxsi səhifələrinə yükləyərkən diqqətli olmaq tövsiyə edilir.

Qeyd edək ki, müəllimlərin yerdəyişməsi müsabiqəsinin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*