“Muğan Bank”ın filialında YANĞIN – FOTObackend

“Muğan Bank”ın filialında YANĞIN - FOTO

Abşeron rayon Mühafizə Polis İdarəsinə rayon ərazisində yanğınla bağlı həyəcan siqnalı daxil olub.

KONKRET.az xəbər verir ki, idarənin polis əməkdaşları dərhal hadisə yerinə cəlb edilib.

Məlum olub ki, “Muğan Bank”ın Abşeron rayonunda yerləşən filialının inzibati binasında yanğın baş verib.

Bank rəhbərliyi və Abşeron Rayon Polis İdarəsinin məsul şəxsləri hazırda yanğının başvermə səbəblərini araşdırır. (apa).

Qeyd edək ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*