Müğənni Elnarə Xəlilovanın mayor həyat yoldaşı jurnalistlərə yumruq atdı – ANBAAN VİDEObackend

Müğənni Elnarə Xəlilovanın mayor həyat yoldaşı jurnalistlərə yumruq atdı - ANBAAN VİDEO

Bu gün Dövlət Sərhəd Xidmətinin şəhid olan hərbi qulluqçuları ilə vida mərasimi zamanı gərginlik yaşanıb. Belə ki, mayor Rövşən Cahangirov DSX rəisi Elçin Quliyevdən açıqlama almaq istəyən jurnalistlərə yumruq atıb.

Bu barədə KONKRET.az-a Baku Tv-nin əməkdaşı Tural Müseyibov məlumat verib.

O bildirib ki, “qoluzorlu” mayor jurnalistləri həmin ərazidən də çıxarıb. DSX rəisinin müdaxiləsindən sonra məsələ həll olunub, lakin açıqlama almaq mümkün olmayıb.

Qeyd edək ki, DSX-nin mayoru Rövşən Cahangirov müğənni Elnarə Xəlilovanın həyat yoldaşıdır. O,  3-cü dərəcəli “Vətənə xidmətə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Müğənni Elnarə Xəlilova isə DSX-nin orkestrinin solistidir və leytenant rütbəsi daşıyır.

Elnarə Xəlilovanın həyat yoldaşı və qaynı ilə YENİ FOTOSU - xeberler

KONKRET.az

 

 

  • Tahir
    Dekabr 1, 2021 - 18:45

    Deyirəm axı… Bu Roşka nəyə və kimə arxalanır ki ilin günün bu vaxtı jurnalistə yumuruq atır…Axı belə hərəkəti etməyə heç cənab Elçin Quliyev cəsarət etməzdi. Elə bildim E. Quliyevə arxalanıb.Deməli Röşkanın dalında Elnarə dayanıbmış…. Bu halda təəccüblü və ya qeyri- adi və ya sensasion nə var ki… Röşkanı qınamıram. Elnarə mənim arxamda dursa mən nəinki jurnalistə hələ lap elə cənab general polkovnik E.Quliyevə də yeri gəlsə lap kəllə də ataram.. Bə nədi.. Elnarədi e bu….Zarafat zad deyil….. Məncə jurnalist hələ yaxşı qurtarıb. Cırt- pərt eləməsin.Allahına şükür eləsin ki, üz- gözü, qabırğaları salamatdır. İmkanı varsa bir qurban da kəsib paylasın…Bə nədi..

Tahir üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*