Müğənni Kərim Abbasov dələduzluğa məruz qalması ilə bağlı cinayət işi açılıb.
Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Xəbərdə bildirilir ki, müğənninin qeyd etdiyi məsələ ilə bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində CM-nin 178-ci maddəsi ilə cinayət işi başlanıb, arasdırmalar aparılır.
Xatırladaq ki, K. Abbasov dələduzluğa məruz qaldığını bildirib. Onun sözlərinə görə Murad adlı Nefçala rayonu Qaraqaşlı kənd sakini onun 22 min manat pulunu mənimsəyib.
“İlin altı ayını işləyirik, altı ayını evdə otururuq. Dedim ki, mən də əlavə bir iş görüm, pul qazanım. Qardaş, düşdüm bir dələduzun əlinə.
Murad adlı şəxs mənimlə işləmək istədiyini bildirdi. Dedim ki, ehtiyac yoxdur, sən nə iş bacarırsan? O da dedi ki, heyvandarlığı bacarıram. Heyvanları cox sevirəm, onlara məhəbbətim var. Getdim yaşadıqları Nefçala rayonu Qaraqaşlı kəndinə anasi ilə danışdım. Siz fikirləşin ki, tanımadığım adamla iş qurdum. Dörd ay ərzində hər şey əla idi. Sonra bu adamı tanıyanlar mənə yazırdılar ki, Kərim bəy siz kiminlə iş görürsünüz, bir dayanın, gözləyin bu qədər pul tökməyin. Siz bilmirsiniz bu adam kimdi? Dörd ayın tamamında mən “stop” verdim. Bundan sonra bunun sifəti çöndü. Mənim aldığım heyvanı satdı. Aldığım maşını özəlləşdirib satdı. 22 min manat mənə ziyan vurub. Kiməsə bu pul az görünə bilər, amma mən bu pulu alın təri ilə qazanmışam.
Heyvan oğurlanan gün gecə saat 1-də Nefçala rayon polis idarəsinə gedib ərizə yazmışam. İki aydır heyvan tapılmır, iki aydır maşın yoxa çıxıb və adam məni silahla təhdid edir. Haqlı olaraq haqsız duruma düşmüşəm. Görəsən, mən bu qədər oğurluq etsəydim, rahat gəzə bilərdim? Mənə zəng edib deyir ki, görürsən mənə heç nə etmədilər. Bax bu məni yandırır”.