Müğənninin konserti zəlzələyə səbəb oldubackend

Müğənninin konserti zəlzələyə səbəb oldu

İsveçrənin Sürix şəhərində amerikalı müğənni Teylor Sviftin konserti seysmik aktivliyə səbəb olub.

KONKRET.az unikal-a istinadən xəbər verir ki, bu barədə ölkənin seysmoloji xidməti məlumat yayıb.

Seysmoloqların məlumatına görə, iyulun 9-da Teylor Sviftin Sürixdə konserti zamanı seysmik titrəyişlər qeydə alınıb.

“Konsert tamaşaçılarının yaratdığı titrəyişlər Letziqrund stadionunun ətrafında altı kilometrə qədər məsafədə yerləşən səkkiz seysmik şəbəkə stansiyasında görünür”, – xidmətin saytındakı məlumatda deyilir.

Qeyd edilib ki, konsert zamanı stadionda 50 min insan olub.

İyun ayında amerikalı müğənninin konsertləri Şotlandiyanın Edinburq şəhərində də kiçik zəlzələlərə səbəb olmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*