Türkiyənin Muğla bölgəsinin Ortaca rayonunda meşəlik ərazidə yanğın baş verib.
KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, yanğınsöndürənlər havadan və qurudan müdaxilə ilə yanğını nəzarət altına almağa çalışır.
Bölgəyə Muğla Meşə Region Müdirliyi və xilasetmə qrupları sövq edilib.
Yanğının Tepearası məhəlləsindəki meşəlik ərazidə naməlum səbəbdən baş verdiyi bildirilir.