“Müharibə vaxtı Anna niyə bunkerdə olub?” – Paşinyandan maraqlı açıqlamabackend

“Müharibə vaxtı Anna niyə bunkerdə olub?” – Paşinyandan maraqlı açıqlama

Ermənistan Baş naziri Nikol Paşinyan 2020-ci ilin payızında baş verən 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasındakı çıxışı zamanı digər suallarla yanaşı, həyat yoldaşı Anna Akopyanın o dövrdə niyə bunkerə getdiyi sualına da cavab verib.

KONKRET.az xəbər verir ki, Paşinyan deyib:

“Sizin Stepanakertin (Azərbaycanın Xankəndi şəhəri – red.) o günləri barəsində necə təsəvvürə malik olduğunuzu bilmirəm. Lakin bir çox adamlar, o cümlədən, qadınlar şəhəri tərk eləmişdilər. Belə bir ideya oldu: Anna Akopyanın orada olması hər şeyə rəğmən, Baş nazirin həyat yoldaşının orada olduğunu göstərəcəkdi. Yoldaşım cəmi 10-15 dəqiqə bunkerdə olub, komandir heyəti ilə salamlaşdıqdan sonra gedib. Bunun müsbət təsir göstərəcəyini fikirləşirdik”, – deyə Paşinyan bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*