Müharibə zamanı Ukraynada 9614 mülki şəxs həlak olub – BMTbackend

Müharibə zamanı Ukraynada 9614 mülki şəxs həlak olub - BMT

Ukraynanın əks-hücumunun qışdan əvvəl böyük irəliləyişlə nəticələnəcəyi ehtimalı yoxdur.

KONKRET.az xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb.

“Bu, çox uzun bir döyüş ola bilər”, – məlumatda bildirilir.

Oxşar fikri hərbi əməliyyatları təhlil edən “Rochan Consulting” şirkətinin hərbi eksperti Konrad Muzıka da bildirib.

Onun fikrincə, yalnız Rusiyanın mövqelərinin dağılması halında Ukraynanın irəliləyişi sürətlənə bilər. Əks halda, hücumun əvvəlki üç ayda getdiyi yol daha bir neçə dəfə davam edəcək.

Nəşr qeyd edir ki, Qərblə Kiyev arasında döyüş taktikası ilə bağlı fikir ayrılığı var. Adı açıqlanmayan ABŞ rəsmisi “The Economist”ə deyib ki, Ukrayna “sovet doktrinasına güclü şəkildə bağlıdır” və bu vəziyyətin dəyişməsi üçün vaxt lazımdır.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*