Müharibədə İran qalib gələcək, yoxsa ABŞ – MARAQLI PROQNOZbackend

Müharibədə İran qalib gələcək, yoxsa ABŞ - MARAQLI PROQNOZ

“İranın ABŞ kimi qlobal hərbi gücə qarşı klassik mənada – yəni açıq və genişmiqyaslı hərbi qarşıdurmada qalib gəlməsi real ssenari hesab olunmur. ABŞ həm hərbi texnologiya, həm hava-dəniz üstünlüyü, həm də qlobal logistika imkanları baxımından dünyada ən güclü ordulardan birinə malikdir. Bu baxımdan birbaşa müharibədə İranın hərbi üstünlük əldə etməsi çox çətin görünür”.

Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib.

Əlaqələr dərin tarixi və strateji önəmi ilə seçilir" - POLİTOLOQ MÜNASİBƏT  BİLDİRDİ

“Lakin müasir müharibələr yalnız klassik hərbi qələbə anlayışı ilə ölçülmür. İran regionda qeyri-asimmetrik müharibə strategiyasına, proksi qüvvələrə (məsələn, müxtəlif region ölkələrindəki silahlı qruplar), raket və dron imkanlarına, həmçinin Hörmüz boğazı kimi strateji keçidlər üzərində təsir imkanına sahibdir. Bu faktorlar ABŞ üçün müharibənin qiymətini və risklərini ciddi şəkildə artıra bilər”.

Politoloq qeyd edir ki, İranın müəyyən mənada “strateji üstünlük” əldə etməsi yalnız müharibənin uzunmüddətli və aşındırıcı xarakter alması, regionda geniş koalisiya münaqişəsinin yaranması və ABŞ-ın daxili siyasi və iqtisadi təzyiqlərlə üzləşməsi halında mümkün ola bilər.

“Tarix göstərir ki, bəzən hərbi baxımdan zəif görünən dövlətlər uzunmüddətli müqavimət strategiyası ilə daha güclü rəqiblərini siyasi nəticə baxımından geri çəkilməyə məcbur edə bilirlər. Buna görə də İranın ABŞ üzərində klassik hərbi qələbəsi ehtimalı aşağı olsa da, uzunmüddətli qeyri-asimmetrik qarşıdurmada Vaşinqton üçün ciddi strateji problemlər yaratmaq potensialı nəzəri olaraq mövcuddur”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*