KONKRET.az qazinin şikayətini işıqlandırdı – Problem dərhal həll edildibackend

KONKRET.az qazinin şikayətini işıqlandırdı - Problem dərhal həll edildi

Son günlər elektrik sayğaclarında balansdan əlavə məbləğlərin çıxılması ilə bağlı vətəndaş şikayətləri artmaqdadır. Bir sıra sakinlər sayğaca yüklədikləri məbləğin tam istifadə olunmadığını, müəyyən vəsaitin avtomatik şəkildə çıxıldığını bildirirlər.

KONKRET.az-ın redaksiyasına şikayət ünvanlayan İkinci Qarabağ müharibəsi iştirakçısı, Sumqayıt sakini qazi Nuşirəvan Quliyevdir.

Şikayətçinin sözlərinə görə, smartkart tipli elektrik sayğacına ay ərzində bir neçə dəfə yüklədiyi məbləğdən hər dəfə əlavə vəsait tutulur.

“Fevral ayı sayğaca 5 manat yüklədim, 2 manatı çıxıldı. Martın 14-də sayğacın balansını 10 manat artırdım, 2 manat tutdular. Dünən də 10 manat yükləmişəm, yenə 2 manat çıxdılar. Deyirlər sayğacı dəyişəcəklər, amma bunun da heç bir faydası olmayacaq. Gətirib mexaniki sayğac qoyacaqlar, onda da bilməyəcəyik nə qədər yükləndi, nə qədər çıxıldı. Öz bildiklərini edirlər”, – deyə qazi vurğulayıb.

Məsələ ilə bağlı vətəndaş aidiyyəti qurumdan problemin araşdırılmasını və sayğacında yaranan bu vəziyyətə aydınlıq gətirilməsini istəyib.

KONKRET.az problemlə bağlı “Azərişıq” ASC-yə sorğu yollayıb.

Sorğuya cavab olaraq qurumdan bildirib:

“Bu gün vətəndaşın sayğacı dəyişdirilib. Mexaniki sayğac sökülərək, smart sayğacla əvəz olunub. Yeni sayğacda artıq vətəndaşın telefonuna SMS gələcək və kart vasitəsilə ödənişləri həyata keçirəcək. Ödədiyi məbləğ də, yüklənən pul da görünəcək. Köhnə sayğacda qalan pul isə vətəndaşın yeni sayğacının balansına yüklənib”.

Dəniz Pənahova
KONKRET.az

  • ANAR
    Mart 16, 2026 - 18:17

    Işıq bezdirib 2 aydır demək olar ki 2 gündən bir 10azn yüklüyürəm 80% tutulur smart ödənişə keçəndə dedilər nə ödəsəniz 50% borcdan silinəcək 50% sayğaca yüklənəcək yalan oldu indi 80% tutullar 6azn yüklüyürəm 80qəpik sayğaca yüklənir

  • M_TV
    Mart 17, 2026 - 14:09

    Bu Azərişığ çox vicdansız və şərəfisizdir,5 milyon evdən 2 manat tutsa milyonlarla pul deməkdir bu.
    Nə Qazi əşi hər kəsin pulu yeyirlər,cammatın puluyla axam olublar

  • Miri
    Mart 17, 2026 - 14:11

    Bu Azərişığ çox vicdansız və şərəfisizdir,5 milyon evdən 2 manat tutsa milyonlarla pul deməkdir bu.
    Nə Qazi əşi hər kəsin pulu yeyirlər,cammatın puluyla axam olublar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*