Müharibədə “İsgəndər M”dən 4 dəfə atəş açılıb? – ŞƏRHbackend

Müharibədə “İsgəndər M”dən 4 dəfə atəş açılıb? - ŞƏRH

Zaman-zaman erməni cəmiyyətində onların siyasi rəhbərlərinin Azərbaycana, xalqımıza qarşı olan vəhşilikləri ilə bağlı etiraflar, etirazlar edilib. Tarixin ən böyük insanlıq faciəsi olan Xocalı soyqırımı ilə bağlı da erməni cəmiyyətininin ayrı-ayrı fərdləri tərəfindən etiraflar olunub. 44 günlük Vətən müharibəsi gedişində erməni tərəfinin dinc azərbaycanlılara qarşı atdığı qadağan edilmiş raketlər, hərbi cinayət faktları ilə bağlı etiraflar eşidilir.

Bunu KONKRET.az-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun fikrincə, bir neçə hərbi erməni ekspertin dövlətinin Azərbaycanın Gəncə, Bərdə, Tərtərə qarşı dağıdıcı raketlərdən istifadəsi ilə bağlı etirafı əslində beynəlxalq faktaraşdırıcı missiyalar üçün əsas olmalıdır: “Hətta keçmiş Ermənistan prezidenti, hərbi cani Serj Sərkisyan da müsahibəsində 44 günlük müharibə dövründə dinc insanların yaşadığı ərazilərin hədəf almasının onların beynəlxalq təzyiqlərlə üz-üzə qalacağını söyləmişdi”.

Deputat söyləyib ki, bu günlərdə erməni hərbi ekspertin 44 günlük vətən müharibəsinin gedişində “İsgəndər M” raketindən Azərbaycana qarşı 4 dəfə istifadəsi ilə bağlı faktları səsləndirib: “Bu, bir daha onu göstərir ki, Ermənistan bir dövlət kimi hərbi cinayət törədib. Eyni zamanda “İsgəndər M” reketlərinin hansı şəraitdə Ermənistana verilməsi, onlardan dinc obyektlərə qarşı istifadəsi ciddi araşdırılmalıdır”.

Elman Məmmədova görə, Azərbaycan özünün havadan müdafiə sistemləri vasitəsilə Ermənistanın 44 gündə atdığı dağıdıcı raketləri məhv edib: “Ermənistan tərəfindən də, etiraf edilib ki, Azərbaycanın havadan müdafiə sistemləri “İsgəndər M” raketini belə məhv edib. Azərbaycanın hərbi arsenalının gücləndirməsi sözsüz ki, bir çoxları, hətta düşmən tərəfindən etiraf edilir”. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*