Müharibənin izləri bizi çox təsirləndirdi – Merabişvilibackend

Müharibənin izləri bizi çox təsirləndirdi - Merabişvili

Biz Ağdamı, Füzulini, Cəbrayılı dağıdıkmış gördük. Müharibənin izləri, dağıdılmış evlər bizi çox təsirləndirdi. Bu görüntüləri izləmək çox çətindir.

KONKRET.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən Gürcüstanın “Imedi TV” telekanalının jurnalisti Tamar Merabişvili deyib.

Gürcüstanlı jurnalist bildirib ki, 30 ilə yaxın müddətdə baxımsız qalmış, dağıdılmış qəbirstanlıqlar onu daha çox təsirləndirib: “Səfər zamanı qəbiristanlıqları da gördüm. Çox təsirləndim. Çünki 30 ilə yaxındır bu məzarlar ziyarət edilmir. Bir jurnalist kimi istəyirəm insanlar evlərinin dağıntılarını, qohumlarının qəbirlərini tapıb ziyarət edəndə bu anları görüm, onlarla söhbət edim, gözlərinə baxım, duyğularını paylaşım, bu haqda reportaj hazırlayım”, – deyə Tamar Merabişvili bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*