“Müharibəyə yox! Ukraynaya azadlıq! Putin şeytandır!” – “Son zəng”də ŞÜAR QALMAQALI  – VİDEOLARbackend

"Müharibəyə yox! Ukraynaya azadlıq! Putin şeytandır!" - "Son zəng" ŞÜAR QALMAQALI - VİDEOLAR

Dağıstanda 11-ci sinif şagirdi Alibekova Zuxra son zəngdə “Müharibəyə yox, Ukraynaya azadlıq, Putin şeytandır” şüarları səsləndirib.

KONKRET.az xəbər verir ki, şüar səsləndirən dağıstanlı məktəbli Rusiya ordusunu gözdən salmaqda ittiham olunub.

Dediklərinə görə, üzr istəməyə məcbur edilən məktəblinin anası da üzr istəyib. Qıza qarşı rus ordusunu gözdən saldığına görə protokol tərtib edilib.

Azyaşlıların tərbiyəsi ilə bağlı valideynlik vəzifələrini yerinə yetirmədiyinə görə qızın anası barəsində də protokol tərtib edilib.

Ətrafdakıların reaksiyasına görə, bu sözlər hamı üçün tamamilə sürpriz olub.

 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*