Murad Dadaşov başda olmaq şərtiylə: Niyə televiziyalar bu gündədir?!backend

Murad Dadaşov başda olmaq şərtiylə: Niyə televiziyalar bu gündədir?!

“Xoşqədəm Baxşəliyeva “Xəzər TV”dən ayrılıb. Nə gözəl… Əgər onun televiziya ilə müqaviləsi pozulursa, bu Xoşqədəmin yox, televiziyanın itkisidir”.

KONKRET.az xəbər verir ki, bu sözləri tanınmış aktyor, aparıcı Sərxan Kərəmoğlu deyib.

Sosial şəbəkə hesabında telekanalların vəziyyəti ilə bağlı danışan aktyor telekanal rəhbərlərini ittiham edib:

“Murad Dadaşov dostumdur, Televiziya rəhbərlərinə səslənirəm, elə Murad Dadaşov da başda olmaq şərtiylə: Niyə televiziyalar bu gündədir? Siz televiziyaları nə günə qoyursunuz? Azərbaycanda şou-əyləncəni, yemək bişirməyi mən gətirmişəm. Məni hamı bəyənə bilməz. Birinin sevgilisinin kimdənsə xoşu gəlmir, götürüb məmur televiziya rəhbərinə zəng vurur. Özünüzdə olun. Siz nə edirsiz? Bu gün baxılan verilişlərdən birinci sırada Xoşqədəm Hidayətqızıdır. Zaur Baxşəliyevə isə bir o qədər baxmırlar. Onun əyləncəli verilişinə daha çox baxırlar, əladır. Bir də Elgiz Əkbərə baxırlar. Tolik idi, o da yoxdur. Bir aparıcı öz üzərində işləmir. Nanənin verilişinə gedirsən, aparıcı və heyət nəyisə axtarır”. /Yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*