Murad Rzayevin oğlu Tacirə qarşı şok fakt yaydı – Videobackend

Murad Rzayevin oğlu Tacirə qarşı şok fakt yaydı - VİDEO

Tacir Şahmalıoğlu ilə müəllimi Murad Rzayev arasındakı “Bayatı-Şiraz” muğamının improvizə müəllifiliyi ətrafındakı qalmaqal səngimək bilmir. Tacir Şahmalıoğlunun “Övladları da Murad Rzayevdən imtina edib” sözlərinə onun oğlu, Azərbaycan Dövlət Musiqili Teatrında xor artisti və aktyor köməkçisi kimi çıxış edən Fərid Rzayev sərt cavab verib.

KONKRET.az xəbər verir ki, Fərid Rzayev Publika.az-a açıqlamasında müğənninin belə bir fikir işlətməsindən çox hiddətləndiyini bildirib.

“Tacir Şahmalıoğlu ağ yalan danışır. O, “Bayatı-Şiraz”ın müəllifi ola bilməz. Onun Ağdamda yaşadığı kənd çox ucqar yerdə yerləşirdi, saat 6-dan sonra çıraq yandırırdılar. Necə ola bilər ki, çıraq yandırılan bir kənddə yaşayan uşaq o yaşda Bethoven və Motsartı tanısın. Tacir Şuşaya dəvət olunmadığı üçün incikliyini dilə gətirir. Onu niyə Şuşaya aparsınlar ki? 44 günlük müharibədə bir dəfə də olsun əsgərlərə yardım aparmadı. Muradın oğlanları isə səngərlərə gedib yardım aparıb. Bunu reklam etməyə ehtiyac da yoxdur. Tacir deyib ki, Muradın oğlanları da onu saymır. Necə saymırıq ki, Murad bəyin bütün tədbirlərininin təşkilatçısı mən və qardaşım olmuşuq. Məclislərin birində Taciri elə özüm qarşılamışam”.

Fərid Rzayev qeyd edib ki, “Bayatı-Şiraz” muğamının improvizəsinin Tacir Şahmalıoğluna aid olmamasına dair əlində videofaktlar var: “İllər əvvəl lentə alınan videoda Tacir özü də etiraf edir ki, improvizənin müəllifi atamdır”.

Qeyd edək ki, sözügedən videoda Tacir Şahmalıoğlu “Sizin bir Bayatı-Şirazınız məni qaldırdı, Murov dağının başına qoydu” deməsi diqqətdən qaçmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*