“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qardaşı, veteran futbolçu Musa Qurbanovun açıqlaması maraqla qarşılanıb.
KONKRET.az xəbər verir ki, veteran futbolçu Futbolinfo.az saytına müsahibəsində qardaşı oğlu, “Qarabağ”ın üzvü Musa Qurbanlı haqqında danışıb.
O bildirib ki, Musa hələ yolun başlanğıcındadır:
“Bilirsiniz, bir var fitri istedad, bir də var mənim kimi, Qurban kimi əməksevərliklə bu səviyyəyə ucalmaq. Elə Musada da uşaqlıqdan böyük istedad olmayıb. Amma o qədər futbola həvəsi olub ki. Musa bəlkə də günün yarısını məşqdə keçirib. Elə indi də belədir. Güc və sürət cəhətdən elə uşaqlıqdan onda çatışmazlıqlar olub. Amma oyun zəkası və futbol biliyi yaxşıdır. Mən inanıram ki, onun karyerasının parlaq dövrləri hələ qabaqdadır”.
