Müslüm Moqamoyevin heykəli hazırdır – FOTObackend

Müslüm Moqamoyevin heykəli hazırdır - FOTO

Görkəmli sənətkar, Xalq artisti Müslüm Maqomayevin heykəli hazırdır.

KONKRET.az bildirir ki, bu barədə apa-ya heykəlin müəllifi Xalq rəssamı Ömər Eldarov məlumat verib.

O, heykəlin hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında olduğunu deyib:

“Heykəl çoxdan hazırdır, ancaq heykəlin qoyulacağı yer hazır deyil. Yer hazır olan kimi ucaldılacaq”.

Xalq rəssamı heykəlin yerinin nə vaxt hazır olmasına dair isə heç bir məlumatının olmadığını bildirib.

Qeyd edək ki, Müslüm Moqamayevin heykəli Dənizkənarı Milli Parkda ucaldılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*