Mustafa Dənizli “Traktor”dan ayrıldıbackend

Mustafa Dənizli “Traktor”dan ayrıldı

İranın “Traktor” klubunda baş məşqçi istefası gerçəkləşib.

KONKRET.az-ın Apasport.az-a istinadən məlumatına görə, Təbriz təmsilçisi tanınmış türkiyəli mütəxəssis Mustafa Dənizli ilə yollarını ayırıb.

Klubun yaydığı məlumatda müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verildiyi bildirilir. M.Dənizli “Traktor”u 9 çempionat oyununa çıxarıb. Təbrizlilər onun rəhbərliyi altında 5 qələbə qazanıb, 2 heç-heçə edib və 2 dəfə uduzub. Bu müddətdə komanda 17 xal toplayıb.

Qeyd edək ki, zəngin karyeraya malik 70 yaşlı M.Dənizli “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, Türkiyə millisində də çalışıb. O, 2013-14-cü illərdə Azərbaycanda “Xəzər Lənkəran”ın baş məşqçisi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*