Mütəxəssis: “Son 500 ildə Kahramanmaraşdakı zəlzələ kimi güclü təkan olmayıb”backend

Mütəxəssis: "Son 500 ildə Kahramanmaraşdakı zəlzələ kimi güclü təkan olmayıb"

“Son 500 ildə Kahramanmaraşdakı zəlzələ kimi güclü zəlzələ olmayıb”.

KONKRET.az-ın Türkiyənin Cümhuriyyət qəzetinə istinadən məlumatına görə, mütəxəssislər fevralın 6-da səhər saatlarında Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələnin gücünə münasibət bildiriblər.

Türkiyəli seysmoloq Naci Görur bildirib ki, son 500 ildə bölgədə belə güclü təkan olmamışdı. O, gözlənilən güclü zəlzələ ilə bağlı dəfələrlə xəbərdarlıq etdiyini, lakin insanların ona qulaq asmadığını vurğulayıb.

Onun sözlərinə görə, güclü təkanlar ola bilər, ona görə də qəzalı evlərdə yaşayanlar onları tərk etməlidir.

Xatırladaq ki, Türkiyənin Kahramanmaraş vilayətində saat 04.17-də 7,4 bal gücündə zəlzələ baş verib və bir sıra şəhərlərdə dağıntılara səbəb olub.

Suriyanın bir neçə bölgəsində də dağıntılar olduğu bildirilir və zəlzələ Livanın paytaxtı Beyrutda da hiss olunub. Türkiyədə baş verən zəlzələdən sonra 284 nəfər ölüb, 2383 nəfər yaralanıb.

Tələfat və dağıntılar barədə məlumatlar yaenilənir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*