“Müxalifət ac it sürüsü kimi Paşinyana hücum edir” – Arşakyandan Sarkisyana SƏRT REAKSİYAbackend

“Müxalifət ac it sürüsü kimi Paşinyana hücum edir” – Arşakyandan Sarkisyana SƏRT REAKSİYA

“Əgər ölən 15 hərbçi üçün matəm elan etmədiklərinə görə Paşinyana və onun hökumətinə ittihamlar yağdırırlarsa, bu, əlbəttə ki, “keçmiş” deyil. Gözlənildiyi kimi, yanvarın 20-nə keçən gecə Qeqarkunik rayonunun Azat kəndində baş vermiş faciəyə görə, “keçmişin” rəngarəng müxalifəti ac it sürüsü kimi hazırkı baş nazirə hücum edir. Biz heç bir şəkildə vəkil kimi çıxış edərək Paşinyana və onun hökumətinə haqq qazandırmağa çalışmırıq. Üstəlik, biz onları baş verənlərə görə məsuliyyətdən azad etmirik. Artıq bütün Ermənistana yayılan Azat kəndindən çəkilən kadrlar göstərir ki, hərbçilərimiz yalnız normal xidmət şəraitini xəyal edə bilərlər. Bütöv bir mühəndis-istehkamçı dəstəsi mal tövləsinə oxşayan otağa sıxışmışdı. Erməni məmurlar bahalı maşınlar almaqdansa, hərbçilərin həm qışda, həm də yayda rahat qala biləcəyi kazarmalar tikə və ya ən azından hərbi çadırlar ala bilərdilər”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb:

“Əlbəttə ki, Paşinyan və Papikyan eyni gündə 2-ci Ordu Korpusunun bütün komandanlığını tənqid atəşinə tutdu, onlar barəsində cinayət işləri açıldı. Amma siz uşaqları valideynlərinə qaytara bilməzsiniz. Biz bu faciədə hakimiyyətin günahını inkar etmirik. Amma qəribədir ki, baş verənlərə görə məsuliyyət daşımaqla yanaşı, “keçmişlər”in içindən olan müxalifət də hakimiyyəti ölən hərbçilərə matəm elan etməməkdə günahlandırıb. Doğrudan da, vəziyyətə müxalifətin gözü ilə baxsanız, hakimiyyətin qınanması normal görünür. Məsələn, ötən il avqustun 17-si və 18-i İrəvanın “Sürməlü” bazarında baş vermiş faciənin qurbanına çevrilənlərin xatirəsinə matəm elan edilmişdi. Amma indi 15 hərbçi diri-diri yandı, lakin hakimiyyət matəmlə bağlı eyham belə etmədi. Bir mülki şəxsin həyatı hərbçinin həyatından dəyərlidirmi? Yəni burada müxalifətin tənqidi müəyyən qədər yerinə düşür”, – erməni analitik vurğulayıb.

“Amma sözün kimin ağzından çıxması da önəmlidir. Ermənistanın “Respublika” Partiyasının sədr müavini Armen Aşotyan guya hakimiyyətin Azat kəndində baş verən faciəyə laqeyd yanaşmasından hiddətlənib: “Bir sıra digər dövlətlərin rəhbərləri və nümayəndələri başsağlığı teleqramları göndərərək Ermənistan hakimiyyətinin matəm içində olduğunu düşünürlər. Amma bunların faciə ilə bağlı matəm elan etməməsinə təəccüblənmək lazım deyil. Ötən ilin sentyabr döyüşlərində həlak olan 200-dən çox erməni hərbçisinə görə də ümummilli matəm elan olunmayıb”, – Aşotyan deyib.

Bildiyiniz kimi “Respublik” partiyası Ermənistanın üçüncü prezidenti, 10 il hakimiyyətdə olan Serj Sarkisyanın partiyasıdır. Amma onun prezidentliyi dövründə də Ermənistanda və “Artsax”da faciələr baş verib və və hakimiyyət ölənlər üçün matəm elan etməyib. Bu kontekstdə mən 2016-cı il aprel döyüşlərini xatırlamaq istəyirəm. Həmin döyüşlərdə 110 erməni hərbçisi həlak olsa Sarkisyan matəm elan etməmişdi. Əgər ölən 15 hərbçi üçün matəm elan etmədiklərinə görə Paşinyana və onun hökumətinə ittihamlar yağdırırlarsa, şübhəsiz ki, birinci növbədə çönüb “keçmiş”lərinə baxmalıdırlar.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*