Müxalifət liderlərindən antiterror tədbirlərinə dəstək: Tanrı qəhrəman əsgərimizi qorusun!!backend

Müxalifət liderlərindən antiterror tədbirlərinə dəstək: Tanrı qəhrəman əsgərimizi qorusun!!

Müdafiə Nazirliyi sentybarın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni hərbi birləşmələrinə qarşı antiterror tədbirlərinə başlandığını elan edib.

Tədbirlərin məqsədi Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsidir.

Müdafiə Nazirliyi bəyan edib ki, bu tədbirlər yalnız hərbi hədəflərə yönəlib.

“Bir daha bildiririk ki, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır”, – Nazirlik bildirib.

KONKRET.az xəbər verir ki, Azərbaycandakı müxalifət qüvvələrinin liderləri də Ordumuzun antiterror tədbirlərinə başlamağını dəstəkləyiblər.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər:

“Azərbaycan Ordusu Qarabağda antiterror tədbirlərinə başlayıb. Tam uğurlu, mümkün qədər sürətli və qısamüddətli olsun. Tanrı qəhrəman əsgərimizi qorusun!”.

Müsavat başqanı Arif Hacılı:

“Ölkənin bütün ərazisində dövlət suverenliyimizin bərpası, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün konstitusiya və qanunlarımıza, həmçinin beynəlxalq hüquq normalarına uyğun olaraq gərəkən tədbirlərin həyata keçirilməsi Azərbaycan dövlətinin müstəsna hüququdur”.

Ümid Partiyasının sədri İqbal Ağazadə:

“Allah Ordumuza güc versin, əsgərlərimizi qorusun! Hər birimiz bir əsgərik, cənab Ali Baş Komandan!!!Sona qədər dövlətimizin yanındayıq!!!”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı:

“Ordumuz alçaq terrorçuları Qarbağdan süpürüb atmaq üçün həlledici savaşa başladı. Allah ordumuzu və Azərbaycanımızı qorusun!”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn:

“Xankəndi və ətrafı elə bu gün terrorçulardan təmizlənməlidir! Düşmənə ölüm! Vur əsgər! Canımız sənə fəda olsun!”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*