Müxtəlif ölkələrdən olan bir qrup səyyahın azad edilmiş ərazilərə səfəri başa çatdıbackend

Müxtəlif ölkələrdən olan bir qrup səyyahın azad edilmiş ərazilərə səfəri başa çatdı

Müxtəlif ölkələrdən olan bir qrup səyyahın azad edilmiş ərazilərə səfəri başa çatıb.

KONKRET.az xəbər verir ki, 3 gün ərzində dünyanın 10 ölkəsindən olan səyahətçilər Xocavənd, Ağdam, Şuşa, Kəlbəcər, Zəngilan, Laçın, Füzulidə olublar.

Türkiyədən olan səyahətçi Uğur Dəmircan Qarabağa səfər etdiyi üçün çox xoşbəxt olduğunu bildirib.

“Biz Zəngəzur dəhlizinin tikintisinin tamamlanmasını gözləyirik, bundan sonra Türkiyədən Azərbaycana turist axını olacaq. Müharibə faciədir, lakin gözəl bir şey yaratmaq üçün fürsətdir. Qarabağda vandalizm gördüm, qorxuludur. Ağdam xüsusilə qorxuludur. Hətta insanların ziyarət etməsi və gələcək nəsillər üçün vandalizm nümunəsi olması üçün onu olduğu kimi saxlamağı təklif etdim”.

Nyu-Yorkdan olan səyahətçi Liya Abmamonte öz növbəsində bildirib ki, Füzuli aeroportu və Zəngilanda tikilməkdə olan hava limanı möhtəşəmdir, uçuşların axını üçün orada müntəzəm reyslər lazımdır”.

Bütün səyahətçilər ümumi üzvlük sayı 20 min nəfər olan “Most Traveled People” cəmiyyətini təmsil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*