Qırğızıstanın paytaxtı Bişkekdə Özbəkistandan olan muzdlu qatillər saxlanılıb.
KONKRET.az xəbər verir ki, onlara kriminal aləmin nümayəndələri Kamça Kolbayevin intiqamını almaq əmri verilib. Polisin ayıq-sayıqlığı nəticəsində muzdlular həbs edilib. Qeyd edək ki, onlar bir sıra qətllərə görə axtarışda olublar.
Qeyd edək ki, Kamça Asanbek həm də 2007-2009-cu illərdə Qazaxıstanda transmilli cinayət təşkilatı yaratmaqda şübhəli bilinirdi. Lakin 2023-cü ilin avqustunda iddia müddətinin başa çatması ilə əlaqədar işə xitam verilib. O, Bişkekdə xüsusi əməliyyat zamanı həbs olunarkən öldürülüb.
Natiq Səlim,
KONKRET.az