Cənubi Afrika Respublikasında (CAR) naməlum şəxslər evdə ən azı 8 nəfəri qətlə yetiriblər.
KONKRET.az xəbər verir ki, bu barədə SABC radiostansiyası məlumat yayıb.
Yerli polisin sözçüsü Priscilla Naido bildirib ki, ailə ad gününü qeyd edərkən iki naməlum şəxs evə girərək atəş açıb. Hadisə nəticəsində səkkiz nəfər həlak olub, daha üç nəfər isə yaralanıb.
Hadisənin təfərrüatları araşdırılır.
Qeyd edək ki, CAR–da 2022-ci ildə cinayətkarlar tərəfindən hər gün orta hesabla 70 nəfər öldürülüb.
İqbal Rzayev,
KONKRET.az