Naməlum şəxslər İtaliya səfirliyinin avtomobilini YANDIRDIbackend

Naməlum şəxslər İtaliya səfirliyinin avtomobilini YANDIRDI

Naməlum şəxslər Berlindəki İtaliya səfirliyində çalışan diplomatın avtomobilini yandırıblar.

KONKRET.az xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti İtaliya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, cümə günü axşam saatlarında naməlum şəxslər İtaliyanın Barselonadakı Baş Konsulluğunun yerləşdiyi binanın pəncərəsini sındırıblar. Hər iki hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Məlumata görə, İtaliyanın xarici işlər naziri Antonio Tajani Berlindəki səfirlik və Barselonadakı konsulluqla əlaqə saxlayıb, həmrəyliyini ifadə edib.

Qeyd edək ki, 2022-ci ilin dekabrında naməlum şəxslər Afinada İtaliya diplomatının avtomobilini yandırıblar.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*